featured-image-29930

UEFA AVRO-2024-ün seçmə mərhələsində İsveç və Azərbaycan yığmaları arasında keçirilmiş oyunda baş verənlərə görə AFFA-nı cərimələyib.

Msport.az xəbər verir ki, buna sözügedən qarşılaşmada azərbaycanlı azarkeşlərin davranışları səbəb olub.

Milli assosiasiya fanatların meydana yad əşya atmalarına görə 10 000 avro, matçın oynanıldığı “Friends Arena”ya dəymiş ziyana görə isə 5 000 avro cərimə olunub.

Bundan başqa, UEFA-nın göstərişinə əsasən, AFFA stadionla bağlı zərəri də qarşılamalıdır.

Qeyd edək ki, İsveç – Azərbaycan matçı millimizin 0:5 hesablı məğlubiyyəti ilə nəticələnib.

Bənzər xəbərlər