featured-image-13383

UEFA Superkuboku MLS-dən klub dəvət edərək yeni turnirlə əvəz etmək istəyir. Msport.az xəbər verir ki, “AS” nəşri bu haqda məlumat yayıb. Avropa futbol qurumu gəlirlərin artması üçün 4 komandanın işrirakı ilə mini-turnir keçirməyi planlaşdırır.

Hazırda İspaniya Superkuboku məhz bu cür – 4 klubun iştirakı ilə təşkil olunur.

Yarış iştirakçıları Çempionlar Liqasının, Avropa Liqasının, Konfrans Liqasının qalibi və MLS-dən bir klub olacaq.

UEFA turniri yay aylarında Avropadan kənarda keçirməyi düşünür.

Qeyd edək ki, Avropa Superkuboku 1972-ci ildən təşkil olunur.

 

Bənzər xəbərlər