featured-image-42400

UEFA “Qarabağ” klubuna 1516000 avro ödəniş edib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

“Köhlən atlar” qələbə görə 630000 avro, bərabərlik üçün 210000 avro alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarışda pley-offa yüksəldiyindən 550000 avro, performans bonusu olaraq isə 126000 avro gəlir əldə edib.

Bənzər xəbərlər