UEFA-dan “Qəbələ”yə ödəniş
UEFA “Qəbələ” klubuna 30000 avro ödəniş edib.
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ “qırmızı-qaralar”ın U-19 komandasının UEFA Gənclər Liqasında iştirakı ilə əlaqədar verilib.
Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə “Qəbələ” klubunun hesabına köçürülüb.







