featured-image-47052

AFFA-nın təşkilatçılığı ilə qurumun Təhsil və Reabilitasiya mərkəzində UEFA fitnes məşqçilik kursunun (B kateqoriyası səviyəsində) I mərhələsi başlayıb.

Msport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək ilkin mərhələnin məşğələləri UEFA-dan dəvət olunan təlimatçı Fritz Şmid, AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimovun iştirakı ilə keçirilir.

Qeyd edək ki, kurs pilot layihədir və fasilələrlə 2024-cü ilin avqust ayınadək davam edəcək.

 

Bənzər xəbərlər