featured-image-12644

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.

Msport.az xəbər verir ki, Zaur Hacıyevin baş məşqçi olduğu komanda 1-ci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gələcək.

“Polyud” stadionunda keçiriləcək matçı David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcək.

Cavab oyunu oktyabrın 4-də Qəbələdə keçiriləcək.

Bənzər xəbərlər