UEFA Gənclər Liqası: “Qəbələ”nin növbəti mərhələdəki rəqibi
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək.
Msport.az xəbər verir ki, Afina təmsilçisi İtaliya təmsilçisi “Leççe”ni iki oyunun (3:1, 3:1) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, “Qəbələ” I mərhəldə Macarıstanın “Puşkaş Akademiya” komandasını üstələyib. Evdə rəqibi ilə heç-heçə (1:1) edən U-19, səfərdə minimalhesablı qələbəyə sevinib – 1:0.