UEFA Gənclər Liqası: “Qəbələ” “Olimpiakos”a uduzdu
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar” II təsnifat mərhələsində ilk matçına çıxıb.
Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Yunanıstan klubu “Olimpiakos”u qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında cavab görüşü noyabrın 29-da Yunanıstanda keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.