featured-image-39424

Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti matçına çıxacaq.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” ikinci mərhələnin ilk matçında Yunanıstan təmsilçisi “Olimpiakos”u qəbul edəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

“Qəbələ” birinci mərhələdə “Puşkaş Akademiya”nı (Macarıstan) mübarizədən kənarlaşdırıb (1:1, 1:0). “Qəbələ” “Olimpiakos”u keçsə, pley-ofa yüksələcək..

Bu komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə keçiriləcək.

8 noyabr

UEFA Gənclər Liqası

Çempionlar yolu, 2-ci mərhələ

İlk oyun,

16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Qoqa Kikaçeişvili

Qəbələ şəhər stadionu

Bənzər xəbərlər