featured-image-71986

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Napoli”yə xəbərdarlıq edilib.

Msport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Neapol təmsilçisinin 4-cü turun PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır. Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.

Qeyd edək ki, “Qarabağ””noyabrın 26-da Napoli”nin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bənzər xəbərlər