featured-image-72010

“Bayern”in baş direktoru Yan-Kristian Drizen Luis Diasın Çempionlar Liqasında 3 oyunluq diskvalifikasiya olunmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, o, cəzanın yüngülləşxirilməsi üçün mübarizə aparacaqlarını deyib:

“Biz UEFA-dan yazılı izahat istəyirik ki, bunun əsasında appelyasiya verə bilək. Görək, cəzanın müddətini azaltmağa nail ola biləcəyikmi? Biz güman edirdik ki, diskvalifikasiya cəmi 1 oyun olacaq. 3 oyunluq cəza ciddi şəkildə təəccübümüzə səbəb oldu”.

Qeyd edək ki, Luis Dias PSJ ilə oyunda Əşrəf Hakimiyə qarşı kobud oynamışdı. Bunun nəticəsində mərakeşli futbolçu ağır zədə alıb. UEFA bunu ciddi qayda pozuntusu kimi qiymətlənirərək Diası 3 oyunluq cəzalandırıb.

Bənzər xəbərlər