UEFA "Qarabağ"ın rəqibini cərimələdi
UEFA İsveçin “Mamö” klubunu 38 min avro məbləğində cərimələyib.
Msport.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan ölkə çempionu Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlara görə ziyana düşüb. Azarkeşlər Çexiyanın “Sparta” kollektivinə 0:2 hesabı ilə uduzduqları qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər.
“Qarabağ” bu komanda ilə oyununu oktyabrın 3-də saat 20:45-də Bakıda keçirəcək.