UEFA reytinqi: Azərbaycan TOP-10-da
Azərbaycan bu mövsüm UEFA-nın əmsallar reytinqində ən çox xal qazanan ölkələrin TOP-10-luğundadır.
Msport.az xəbər verir ki, 2025/26 mövsümünə Avropa kuboklarına 4 komanda (“Qarabağ”, “Sabah”, “Zirə”, “Araz-Naxçıvan”) ilə qatılan ölkəmiz ümumən 4,375 əmsal toplayıb ki, bunun da böyük hissəsi “Qarabağ”ın payına düşür.
Bu nəticə ilə Azərbaycan hazırda siyahıda 10-cu pillədədir. İlk 2 yerdə isə müvafiq olaraq Danimarka (6,125 əmsal) və Portuqaliya (6,000) qərarlaşıb.
Qeyd edək ki, bir mövsüm ərzində yekunda ən çox əmsal toplayan ilk 2 ölkənin komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında əlavə bir yer qazanır. Son 5 mövsümün nəticəsinə əsasən isə Azərbaycan 21,500 əmsalla 55 milli assosiasiya arasında 25-ci yeri tutur.