featured-image-41213

UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsində “Qarabağ”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-ə qarşı keçirdiyi oyundan paylaşım edib.

Msport.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin qələbə topunun müəllifi olan hücumçu Nəriman Axundzadə və komanda yoldaşlarının qol sevincini əks etdirən fotolar yer alıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn “köhlən atlar” 1/4 finalda “Sabah” klubuna rəqib olublar.

Qeyd edək ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşüb.

Bənzər xəbərlər