Ukrayna - Azərbaycan oyununun yeri müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə səfər oyununun yeri müəyyənləşib.
Msport.az xəbər verir ki, Samir Əliyevin komandası noyabrın 21-də Ukrayna ilə İspaniyanın Mursiya şəhərindəki “Estadio Nueva Condomina” stadionunda üz-üzə gələcək.
Matçın başlama saatı hələ ki məlum deyil.
Qeyd edək ki, Ukrayna müharibə səbəbindən ev oyunlarını neytral meydanda keçirir.