"Ukraynadakı hadisələr zamanı böyük dəstək hiss etdim" - Aleksandr Zinçenko "Siti" azarkeşləri ilə vidalaşdı
“Mançester Siti”ni “Arsenal”a dəyişən Aleksandr Zinçenko “şəhərlilər”lə vidalaşıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ukrayna millisinin üzvü belə deyib:
“Bu günə o qədər də hazır deyildim. Kədərli gündür, ancaq həyat belədir, irəli baxmaq lazımdır. Burada unudulmaz günlər keçirdim. Altı il bu gözəl kollektivin kiçik bir hissəsi oldum. Mənə və ailəmə kömək olan hər kəsə təşəkkür edirəm.
Biz çoxlu titullar qazandıq. Buna görə “Mançester Siti” azarkeşlərinə təşəkkür etmək istəyirəm. Bu müddət ərzində onlar mənə böyük dəstək oldular, xüsusən də Ukraynadakı hadisələr başladıqdan sonra. Böyük dəstək hiss edirdim, bilmirəm, bu olmasa, nə edərdim. Siz ən yaxşılarsız!
Pepə və məşqçilər heyətinə mənə inandıqları üçün təşəkkür edirəm. Həmçinin komanda yoldaşlarıma, eləcə də klubun bütün əməkdaşlarına. Bir gün nəvələrimə “Mançester Siti” kimi gözəl bir klubun bir hissəsi olduğumu danışacağıma görə şadam”.