featured-image-43293

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra qonaqların məşqçisi Ruslan Qafitullin fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, komandasından razı qaldığını deyib:

“Keçən oyunun senarisi təkrarlandı. Doninant “Qarabağ” idi, biz daha çox müdafiə olunurduq və öz imkanlarımızı gözləyirdik. Axıra kimi mübarizə apardıq, əlimizə düşən qol epizodlarını dəyərləndirdik. “Qarabağ”a qarşı oyunda 99 faiz azdır, 100 faiz məsuliyyətli və etibarlı olmalısan. Tək müdafiədə yox, hücumda da.

“Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra baş məşqçi vəzifəsini icra edən İqor Ponomaryov daha çox futbolçuların əhval-ruhiyyəsini qaldırmaq istəyirdi. Bu da pis alınmadı. Kubokun cavab matçında uşaqlar hiss elədilər ki, “Qarabağ”a da qarşı oynamaq olar. Əsas odur istək olsun və yüz faiz gücünü qoymalısan. Bu zaman oynamaq mükündür”.

“Sabah”ın  məşqçisi “Qarabağ”la qarşılaşmada zədələnən Vinsent Til və Jarl Marqaritanın hələ ki sağlıq durumunun bəlli olmadığını bildirib. (CBC Sport)

Bənzər xəbərlər