featured-image-42748

Türkiyəli idman yazarı Ahmet Gökmen Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Kocaelispor” klubundakı ilk oyununu dəyərləndirib.

Msport.az xəbər verir ki, jurnalist 27 yaşlı forvardın I Liqanın 20-ci turunda səfərdə “Altay”a 2:0 hesabı ilə qalib gəldikləri matçda yaxşı təsir bağışladığını yazıb.

“Şeydayev oyun ərzində etdiyi reydlərlə yaxşı işlər görəcəyini göstərdi. Uyğunlaşma problemi olmasa, komandaya fayda verəcək. İlk matçında ümidverici oyunu ilə diqqət çəkdi. Amma bu, yetərli olduğunu demək olmaz. Nəyə qadir olduğunu sonrakı matçlarda görəcəyik”, – deyə Gökmen bildirib.

Qeyd edək ki, Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər