featured-image-43795

Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev 2-3 günə evə buraxıla bilər.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verib.

Onun sözlərinə görə, insult keçirən Vasilyevin palatada müalicəsi davam etdirilir: “Onu 2-3 günə evə buraxmalıdırlar və stasionar şəraitdə müalicə almalıdır. Sol tərəfinin işləməsi üçün fizioterapiya kursu keçməlidir”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. (Report)

Bənzər xəbərlər