Vadim Vasilyev daha 10 gün xəstəxanada qalacaq
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev daha 10 gün xəstəxanada qalacaq.
Msport.az xəbər verir ki, insult keçirən 51 yaşlı keçmiş hücumçu bu müddət ərzində xəstəxanada müalicəsini davam etdirəcək.
Vasilyevin növbəti xərclərini də AFFA öz üzərinə götürüb.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.







