Vadim Vasilyev: “Hazırda özümü yaxşı hiss edirəm, hər şey normaldır”
Hazırda özümü yaxşı hiss edirəm, hər şey normaldır. Bir-iki günə xəstəxanadan çıxacağam.
Msport.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.
İnsult keçirən 51 yaşlı keçmiş hücumçu ona dəstək olduqları üçün AFFA rəhbərliyinə minnətdarlığını bildirib: “Çətinliyim yoxdur, hər şey yaxşıdır. Sol tərəfim işləmirdi. Artıq dünən və bu gün barmaqlarımı tərpədə və hərəkət edə bilirəm. Özümə yaxşı baxmağa çalışacağam. Hamısı əsəbdən idi”.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. (Report)