featured-image-59631

“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla müqavilə müddətini artırıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun Müşahidə Şurasının növbəti iclasında 35 yaşlı mütəxəssislə yola davam etmək qərarı alınıb. Toplantıda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub. Daha sonra hazırda komandanın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması məqsədəuyğun hesab edilib.

V.Cavadov “gənclik şəhəri” təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər