featured-image-42860

Çilinin “Kolo-Kolo” komandası bu yaxınlarda heyətinə qatdığı tanınmış futbolçu Arturo Vidal üçün qeyri-adi təqdimat mərasimi təşkil edib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 ildən sonra yetirməsi olduğu komandaya qayıdan 36 yaşlı yarımmüdafiəçi tədbirin keçirildiyi “Monumental” stadionuna helikopterlə eniş edib. Futbolçu daha sonra əlində qılıncla ata minərək onu gözləyən pərəstişkarlarını salamlayıb.

Qeyd edək ki, Arturo Vidal karyerası ərzində Almaniyanın “Bayer” (Leverkuzen), “Bavariya”, İtaliyanın ”Yuventus”, “İnter” və İspaniyanın “Barselona” klublarının heyətində ümumilikdə 9 ölkə çempionluğu yaşayıb. O, son olaraq Braziliyanın “Atletiko Paranaense” komandasında çıxış edib.

media-7  media-5 media-4

Bənzər xəbərlər