featured-image-53592

Türkiyənin “Nilufər Bələdiyəspor” klubunun voleybolçusu Pilar Mari Viktoriya Lopes vəfat edib.

Msport.az xəbər verir ki, puerto-rikolu idmançı evində ölü tapılıb.

Lopes məşqə gəlmədiyindən, klubun nümayəndələri onunla əlaqə saxlamağa çalışıblar. Bu, mümkün olmadığı üçün evinə yollanıblar və orada voleybolçunun cəsədi ilə qarşılaşıblar.

İlkin araşdırmağa görə, 28 yaşlı idmançı yuxusuzluq problemi yaşadığı üçün yatmamışdan öncə dərman qəbul edib.

Hadisə ilə bağlı araşdırma aparılır. Məhkəmə-tibbi ekspertizanın rəyindən sonra Lopesin ölümünün dəqiq səbəbi bəlli olacaq.

Bənzər xəbərlər