Xabi Alonso hücumçuya qapını göstərdi
“Real”ın baş məşqçisi Xabi Alonso Rodriqonun satılmasına razıdır.
Msport.az xəbər verir ki, “Tottenhem” 24 yaşlı vingerə görə 70+10 milyon avro təklif etmək niyyətindədir.
Alonso məbləğin komandadakı digər mövqeləri gücləndirmək üçün faydalı ola biləcəyini nəzərə alaraq braziliyalı oyunçunun satılmasına razılaşıb. Rodriqo cari mövsüm az forma şansı əldə etdiyi üçün Madrid təmsilçisindən ayrılmağa müsbət yanaşır.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən “Real”da çıxış edir.







