featured-image-44603

“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür.

Msport.az-ın məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıya iddialı yollanacaqlarını bildirib: “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər”.

Bənzər xəbərlər