featured-image-49083

Azərbaycan və xalqımız üçün qol vurmaq ən gözəl hisslərdən biridir.

Bunu Msport.az-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin futbolçusu Mirkamil Əliyev F qrupunda Fransanı 3:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı danışarkən deyib.

“Əsas məqsəd Fransa ilə oyunda qələbə qazanmaq və qrup mərhələsini birinci pillədə başa vurmaq idi. Üçüncü turadək rəqibdə 4, bizdə 6 xal var idi. Məğlub olacağımız təqdirdə geri düşəcəkdik. Qələbə qazandığımız üçün şadam.

Bənzər xəbərlər