featured-image-40900

Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ”la MOİK arasında Xankəndidə keçiriləcək oyuna görə Bakı metropoliteninin iş qrafikində dəyişiklik olub.

Msport.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Məlumata görə, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metrosunun həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.

Qeyd edək ki, dekabrın 21-də “Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndində MOİK komandası ilə üz-üzə gələcək. Dəyişiklik məhz bu qarşılaşmaya gedəcək azarkeşlərlə bağlı edilib.

Bənzər xəbərlər