featured-image-14206

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsində “İnter”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunun çalışdırıcı hakimləri tənqid edib:

“Mən əsəbiyəm, ona görə ki, ədalətsizliklə üzləşdik. Çox vacib oyunda məğlub olduq. “İnter”in futbolçusu əllə oynamışdı. Bizim idman növündə hakim çox vacib rol oynayır. O, çıxıb öz qərarını izah etməlidir ki, niyə belə oldu. O, mənə heç nə izah etmək istəmədi.

Bu, Çempionlar Liqasıdır, burda böyük rəqabət var. Biz çalışdıq, rəqibdən çox qol vəziyyəti yaratdıq. Lakin “İnter” əla müdafiə olundu. Məğlubiyyətə görə narahatam. Biz qrupda çətin vəziyyətdəyik”.

Xallarının sayını 6-ya çatdıran “İnter” C qrupunda 2-ci yerə yüksəlib. “Barselona” 3 xalla 3-cü yeri tutur. Qrupun lideri 9 xala malik olan “Bayern Münhen”dir.

Xatırladaq ki, “İnter” – “Barselona” matçının baş hakimi sloveniyalı Slavko Vinçiç idi.

Bənzər xəbərlər