featured-image-8868

“Barselona”nın baş məşqçisi Xavi Frenki De Yonqdan klubda qalması üçün maaşının 50 faiz azaldılmasına razılıq verməsini istəyib. Msport.az xəbər verir “AS” nəşri bu barədə məlumat yayıb.

Xavi yarımmüdafiəçiyə vəziyyəti izah edib: Əgər klubda qalmaq istəyirsə, əmək haqqının yarıbayarı azaldılmasına “hə” deməlidir. Məşqçi niderlandlı futbolçuya klubun gələcək layihəsində önəmli fiqurlardan biri gördüyünü deyib. Hər iki tərəfin görüçü razı şəkildə tərk etdiyi bildirilir. De Yonq iqtisadi problemləri başa düşdüyünü söyləyib.

Əgər yarımmüdafiəçi maaşının azaldılmasına razı olmasa, “Barsa” onu yeni mövsümə sifariş verə bilməyəcək. Buna səbəb əməkhaqqının yüksək olmasıdır. Əgər belə olarsa, 25 yaşlı oyunçu komandanı tərk etməli olacaq.

Uzun müddətdir ki, “Mançester Yunayted” Frenki De Yonqla maraqlanır.

Bənzər xəbərlər