featured-image-42646

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın durumu müəyyənləşib.

Msport.az xəbər verir ki, Premyer Liqanın XX turunda “Kəpəz”lə oyunda başından xəsarət alan futbolçunun gözünün üstünə tikiş qoyulub.

Bu səbəbdən fransalı oyunçu Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”la keçiriləcək ilk görüşü buraxacaq. Hazırda məşqlərdə iştirak etməyən Benzianın vəziyyəti o qədər də qorxulu deyil.

Pleymeyker bir neçə gündən sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, “Qarabağ” “Kəpəz” üzərində 2:1 hesablı səfər qələbəsi qazanıb. Ağdamlıların “Sabah”la matçı sabah saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər