Yığmamızın 2 futbolçusu Türkiyə çempionu oldu
Qadınlardan ibarət Azərbaycan millisinin iki futbolçusu Türkiyə çempionu olub.
Msport.az xəbər verir ki, Kristina Bakarandze və Nazlıcan Parlakın çıxış etdiyi “Qalatasaray” Türkiyə Super Liqasının qalibi adını qazanıb.
2023/24 mövsümünün çempionu son turda müəyyənləşib. “ALG Spor”a 2:0 hesabı ilə qalib gələn “sarı-qırmızılar” 71 xalla 1-ci yeri tutub.
Qeyd edək ki, “Trabzonspor” 69 xalla ikinci, “Fənərbaxça” 66 xalla üçüncü olub.