Yığmamızın futbolçusu: “Qələbə qazana bilərdik”
“Yaxşı oyun keçdi. Düzdür, uduzmuşuq, amma qələbə də qazana bilərdik”.
Msport.az xəbər verir ki, bunu Azərbaycanın U-17 millisinin futbolçusu Elşən Atakişiyev deyib.
Gənc yarımmüdafiəçi Minskdə təşkil olunan UEFA İnkişaf Turnirinin Belarusla görüşündən sonra fikirlərini açıqlayıb: “Birinci hissədə komandada özünəinam yox idi. Amma ikinci yarıda biz yaxşı oyun göstərdik. Həm biz, həm rəqib oyunçuların meydanda tez-tez sürüşməsinə gəlincə, futboldur və hər şey ola bilər. Bu nəticədən sonra məyusuq. Çünki qalib gələ də bilərdik. Amma ruhdan düşmək olmaz. Qarşıda iki matçımız var, oynamaq lazımdır. İnanıram ki, növbəti görüşdə hər şey yaxşı olacaq”.
Qeyd edək ki, yığmamız turnirə 0:4 hesablı məğlubiyyətlə başlayıb.