featured-image-49143

Futbol üzrə Albaniya yığması Azərbaycan seçməsinə qarşı keçirəcəyi yoldaşlıq matçına tam heyətlə hazırlaşır.

Msport.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, matç öncəsi heyətdə heç bir itki yoxdur.

Bütün futbolçular ideal formadadır.

Lixtenşteyn seçməsi ilə yoxlama matçında meydana çıxmayan oyunçular – Berat Gimşiti,Taulant Seferi, Amir Abraşi, Yilber Ramadani və Simon Simoni də görüşə tam hazırdırlar.

Qeyd edək ki, iyunun 7-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bənzər xəbərlər