featured-image-42340

“Oyun normal keçdi. Hər iki komanda Türkiyədə təlim-məşq toplanışından gəlib. Demək olar ki, səviyyələri də eynidir”.

Bunu Msport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov “Sabah” və “Neftçi” komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XIX tur oyunu barədə danışarkən deyib. 

Təcrübəli mütəxəssis dünənki matçda komandaların istəkli olduğunu söyləyib: “Bir az praktika çatmırdı. Bu da çempionatda fasilənin yaranması ilə əlaqədardır. Amma ilin ilk görüşü olduğunu nəzərə alsaq, pis deyildi. Qol imkanları da oldu, tərəflər ehtiyatlı davranırdılar. 2-3 turdan sonra gücləri bilinəcək. Hər ikisi avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar”.

Qeyd edək ki, matç qolsuz bərabərliklə başa çatıb.

Bənzər xəbərlər