featured-image-41898

“İşlər heç də yaxşı getmir, istədiyimiz mövqedə deyilik. Amma turnir cədvəlində mütləq irəliləyəcəyik”.

Msport.az-ın məlumatına görə, bunu “Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias “gsp.ro” saytına açıqlamasında deyib.

Mövsümün əvvəlində Rumıniyanın ÇFR klubundan transfer edilən 28 yaşlı müdafiəçi qış fasiləsində istefaya göndərilən Adrian Mutunun gedişinə üzüldüyünü bildirib: “Adrian Mutu ilə ayrılmaq çox çətin idi. Ailəsində problem olduğu üçün onunla şəxsən danışa bilmədim və getdi. Amma buna öyrəşmişik, komandada işlər yolunda getməyəndə baş məşqçi istefaya göndərilir”.

Matias bu mövsüm çempionluğu qazanmalarının real olmadığını etiraf edib: “Neftçi”nin hədəfi həmişə çempionluq olmalıdır. Təəssüf ki, bu, cari mövsüm çətin görünür. Birinci pillədə qərarlaşan “Qarabağ” çox yaxşı komandadır. Onları Avropada uğurlu bir il gözləyir. Biz isə daha çox qələbə qazanmaq üçün hazırlaşacağıq”.

Qeyd edək ki, Yuri Matias Premyer Liqanın ilk yarısında keçirdiyi 16 oyunda 4 qol vurub.

Bənzər xəbərlər