“Yurqorden” rəsmisi: “Musa Qurbanlı əla futbolçudur, onun məsələsini müzakirə etmişik”
“Musanın məsələsini müzakirə etmişik”.
Msport.az xəbər verir ki, bu sözləri “Yurqorden”in idman direktoru Bosse Anderson Musa Qurbanlının mümkün gedişi ilə bağlı danışarkən deyib.
İsvbeç klubunun rəsmisi hələlik 22 yaşlı hücumçu ilə bağlı yekun qərar verilmədiyini bildirib: “O, “Yurqorden”də çətin günlər keçirsə də, əla oyunçudur. Digər tərəfdən, başa düşür ki, yeni mühitdə inkişaf edə bilər. Musa hazırda Azərbaycan millisinin düşərgəsindədir. Hələ qərar verməmişik, məsələnin konkretləşməsinə bir az vaxt qalıb”.
Qeyd edək ki, son günlər Musa Qurbanlının “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlər dolaşır.