Yusif İmanov "Kəpəz"i "İmişli"yə dəyişir
“Kəpəz”in qapıçısı Yusif İmanov Gəncə klubundan ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə 23 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib.
O, “Kəpəz”lə başa çatan müqaviləsini yeniləmıyib
İmanov karyerasını “İmişli”də davam etdirəcək.
Qeyd edək ki, qapıçı bu ilin yanvar ayında “Kəpəz”ə keçmişdi.







