featured-image-8925

Yenidən “Yuventus”a qayıdan Pol Poqba yaxın aylarda komandasına kömək edə bilməyəcək.

Msport.az “La Gazzetta Della Sport”a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu məşq zamanı sağ dizində ağrı hiss edib. Tibbi müayinədən sonra yarımmüdafiəçinin meniskində zədə aşkarlanıb.

Həkimlər fransalı futbolçunun əməliyyata girməli olduğunu bildiriblər. Bu isə o deməkdir ki, Poqba ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Dayaq yarımmüdafiəçisi Turin klubunun İtaliya A seriyasındakı ilk 8 oyununda, Çempionlar Liqasının qrup mərhələsinin isə 2 matçında  meydana çıxa bilməyəcək.

2012-2016-cı illərdə “Yuve”də çıxış etmiş Poqba keçmiş komandasına “Mançester Yunayted”dən qayıtmışdı.

Bənzər xəbərlər