featured-image-8993

İtaliyanın “Yuventus” klubu Uels millisinin yarımmüdafiəçisi Aaron Remzi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İtaliya mətbuatının iddiasına görə, “Yuventus”da həftəsinə 400 min funt-sterlinq qazanan Remzi, karyerasını ABŞ-da, MLS təmsilçisi olan klubların birində davam etdirəcək.

Aaron Remzi 2019-cu ildən Turin təmsilçisində çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 70 oyuna çıxıb, 6 qol vurub. Uelsli futbolçu geridə qalan mövsümü icarə əsasında Şotlandiyanın “Reyncers” komandasında keçirib. O, sözügedən komandada 13 oyuna 2 qolla yadda qalıb.

Remzi daha əvvəl İngiltərənin “Arsenal” və “Nottingem Forest”, həmçinin, ölkəsinin “Kardiff Siti” klubunun da formasını geyinib. Yarımmüdafiəçi Uels yığmasında da 74 oyun keçirib, 20 qol vurub.

“Yuventus” gənc futbolçusu Matteo Anzolinlə də yollarını ayırıb. 21 yaşlı italiyalı müdafiəçi Avstriyanın “Volfsberger” komandasına transfer olunub. O, 2017-ci ildən Turin klubunun müxtəlif yaş qrupları üzrə komandalarında forma geyinirdi. İtaliyanın aşağı yaş qrupları üzrə komandalarında da oynamış müdafiəçi, Turin təmsilçisinin əsas komandasında forma şansı qazanmayıb.

Bənzər xəbərlər