“Yuventus” kapitanla bağlı qərarını verdi
“Yuventus”da Manuel Lokatelli ilə bağlı qərar verilib.
Msport.az xəbər verir ki, “qoca sinyora” komandanın kapitanını buraxmaq niyyətində deyil.
Turin klubu 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddətini artırmaq niyyətindədir. Lokatellinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir. Yeni müqaviləyə əsasən, italiyalı futbolçu 2030-cu il iyunun 30-na qədər “Yuventus”da qalacaq.
O, karyerası ərzində “Milan” və “Sassuolo” klublarında da oynayıb.







