featured-image-44067

Rusiya millisinin və “Bayer”in sabiq futbolçusu Dmitri Bulıkin bildirib ki, “Qarabağ”ın qapıçısı Andrey Lunyovun Avropa Liqasının 1\8 final oyunlarında böyük motivasiyası olacaq.

Msport.az xəbər verir ki, match.tv-yə açıqlama verən veteran hücumçu rusiyalı qolkiperin keçmiş komandasına qarşı fərqli əhval-ruhiyyədə meydana çıxacağını deyib:

“O, artıq Avropa Liqasının qrup mərhələsində “Bayer”ə qarşı oynayıb. Aydın məsələdir ki, “Bayer” “Qarabağ”dan xeyli güclüdür və onlar növbəti mərhələyə yüksələcəklər. Andrey üçün keçmiş komanda yoldaşlarını görmək, onlarla ünsiyyətdə olmaq, Almaniya çempionatında uğur arzulamaq maraqlı olacaq. Təbii ki, o, Leverkuzen klubu ilə görüşlərdə əlindən gələni edəcək. Onun çox böyük motivasiyası olacaq. Lunyova qarşıdakı matçlarda uğurlar arzu edirik, qoy, özünü yaxşı tərəfdən göstərsin. Ancaq 100 faiz əminəm ki, “Bayer” 1\4 finala vəsiqə qazanacaq”.

Bənzər xəbərlər