featured-image-37163

“Zəngəzur” Bolqarıstanda təşkil edilən minifutbol üzrə Avropa kubokunda növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi pley-offda yerli “Mexkit” komandası ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. “Zəngəzur” bu nəticə ilə 1/4 finala adlayıb.

“Zəngəzur”un bu mərhələdəki rəqibi İsrailin “Red Meat Tadrian” klubu olacaq.

Qeyd edək ki, “Zəngəzur” bunadək qrup mərhələsində Bolqarıstan “Qalaktiko Vratsa”sını (2:0), Yunanıstan TMT-sini (3:3) və Çexiyanın “Veşka Olomouc”unu (1:1) məğlub edib.

Bənzər xəbərlər