“Zenit”in legioneri “Neftçi” ilə oyunu buraxacaq
Rusiyanın “Zenit” klubunun futbolçuları kolumbiyalı Mateo Kassyerra və Aleksandr Yeroxin Bakıda “Neftçi”yə qarşı yoldaşlıq oyununda iştirak etməyəcəklər.
Msport.az “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.
47 yaşlı mütəxəssis bəzi oyunçuların isə milli komandaların düşərgəsində olduğunu diqqətə çatdırıb: “Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq. Oradan 5-6 nəfəri səfərə aparacağıq”.
Qeyd edək ki, noyabrın 18-də reallaşacaq “Neftçi” – “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq.