“Zirə”də növbəti ayrılıq
Zirə” klubu futbolçularından biri ilə yollarını ayırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” serbiyalı yarımmüdafiəçi Andriya Lukoviçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Lukoviç bu mövsüm 7 matçda forma geyinib.
Qeyd edək ki, “Zirə” daha əvvəl ukraynalı hücumçu Vladislav Kulaçla vidalaşıb.