"Zirə"dən autsayderlə oyunda çətin qələbə
Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə” komandası səfərdə “Səbail”i məğlub edib.
Msport.az xəbər verir ki, “ASCO Arena”da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”nin heyətində 77-ci dəqiqədə Giorgi Papunaşvili fərqlənib.
Hazırda Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 30 xalla dördüncüdür. Sonuncu – onuncu olan “Səbail”in isə 9 xalı var.
Qeyd edək ki, XVIII turun bu gün baş tutan “Turan Tovuz” – “Neftçi” matçı heç-heçə nəticələnib – 1:1. Ötən gündünən keçirilən “Kəpəz” – “Sumqayıt” görüşündə isə qol vurulmayıb. XVIII tura sabah “Şamaxı” – “Sabah” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.