“”Zirə”dən məcburi transfer
“Zirə” yeni futbolçuyla anlaşıb.
Msport.az xəbər verir ki, qəsəbə klubu Hüseynəli Quliyevi heyətinə qatıb. Qapıçıyla 2 illik müqavilə bağlanılıb.
26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt”, “Səbail” və “İmişli” klublarında çıxış edib.
Qeyd edək ki, “Zirə”nin yeni transferi Maykon Kleyton zədələnib. Bu səbəbdən də “qartallar” heyətə yeni qapıçılar cəlb edirlər.







