featured-image-43411

Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.

Msport.az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisi 35 xalla 2-ci, paytaxt klubu isə 32 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

Tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, XXII turun açılış matçında “Qarabağ” “Sabah”la məhsuldar heç-heçə edib – 3:3. Digər görüşlərdə “Səbail” “Kəpəz”ə 4:1, “Turan Tovuz” isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər