featured-image-41847

Qış təlim-məşq toplanışını Azərbaycanda keçən Premyer Liqanın iki komandası yoxlama görüşündə üz-üzə gəlib.

Msport.az-ın məlumatına görə, mövsümün ilk yarısından sonra çempionatın ikinci pilləsində qərarlaşan “Zirə” altıncı yerin sahibi “Araz-Naxçıvan”la qarşılaşıb.

Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Hər iki komanda yanvarın 15-də ikinci yoxlama görüşünə çıxacaq. “Zirə” “Qarabağ”la, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, Premyer Liqanın geridə qalan 18 turunda “Zirə” 29, “Araz-Naxçıvan” isə 26 xal toplayıb.

Bənzər xəbərlər