featured-image-44361

“Zirə” klubu paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini heyətinə qatıb.

Klubdan Msport.az-a verilən məlumata görə, 32 yaşlı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edəcək.

Yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmaq hüququ da “Zirə”yə məxsusdur.

Qeyd edək ki, 2016/2017 mövsümündə “Zirə”nin şərəfini qoruyan futbolçu Azərbaycanda həmçinin “Şamaxı”, “Neftçi”, İtaliyada “Çezena”, “Pavia”, İspaniyada “Alaves”, Rumıniyada “Unversitad Krayova”, Səudiyyə Ərəbistanında “Ohod” klublarında çıxış edib.

Bənzər xəbərlər